Jan 23 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1614

İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.

CBC-nin məlumatına görə, bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib.

Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib:

"İşlər davam edir, indiyədək iki yanğınsöndürənin meyitinin şəxsiyyəti müəyyən edilib".

Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan bu 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi.

 


Create Account



Log In Your Account