Jun 01 2020 14:00
Elshad Aliyev
Views: 74

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış namizədlər DİM-in saytından elektron növbə götürməklə sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Namizədlər DİM-in qeyd olunan inzibati binalarına gəlmək üçün Mərkəzin saytından onlayn növbə götürməlidirlər.


Create Account



Log In Your Account