Feb 15 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1524

Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

CBC-nin məlumatına görə, “Təhsil haqqında” qanuna aşağıdakı məzmunda 11.4-cü və 11.5-ci maddələr əlavə edilib:

“11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir”.

 


Create Account



Log In Your Account