Mar 19 2020 12:24
Elshad Aliyev
Views: 147

Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar dərslərin onlayn öyrənilməsi məqsədilə informatika fənnindən videodərslər hazırlanır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində hazırlanan videodərslər Azərbaycan və rus bölmələri olmaqla III-VIII sinifləri əhatə edir. Bununla bağlı şagirdlər Videodərslər portalı, “Rəqəmsal bacarıqlar” layihəsinin “Youtube” kanalı və “Facebook” səhifəsindən istifadə edə bilərlər.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird “İnformatika” fənnini yeni formatda öyrənir.

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.


Create Account



Log In Your Account