Feb 24 2020 15:33
Elshad Aliyev
Views: 94

Təhsil Nazirliyində Azərbaycanda oxuyan əcnəbi tələbələrin iştirakı ilə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi əcnəbi tələbələrin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasıdır. 

Tədbirdə əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun yaddaş hekayəsi dinlənilib. 

Qeyd edək ki, tədbirdə 100-ə yaxın əcnəbi tələbə iştirak edib.

 


Create Account



Log In Your Account