Apr 05 2017 15:32
Ulviyye Sabirqizi
Views: 1381

“Fevralın 21-də Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu. Sevinirəm ki, bu 25 il ərzində bizim ölkələrimiz dayanmadan inkişaf edən və şaxələnən möhkəm əlaqələr qurublar. 2014-cü ilin mayında və 2015-ci ilin aprelində Azərbaycana etdiyim səfərlərimdə də bunu təsdiq etmək imkanım oldu”.

CBC xəbər verir ki, bu fikirlər Fransa Prezidenti Fransua Ollandın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir: “Bizim siyasi dialoqlarımızın sıxlığı, ticari və iqtisadi mübadilələrimizin zənginliyi, eləcə də Fransa-Azərbaycan Universitetinin timsalında mədəniyyət və universitet sahəsində həyata keçirilən nailiyyətlərimiz əlaqələrimizin bütün sahələrdə dinamikliyini və potensialını sübut edir. Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər.

Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək.

Cənab Prezident, Sizə çox yüksək ehtiramımın olduğuna əmin olmağınızı xahiş edirəm”.

 


Create Account



Log In Your Account