Jun 03 2020 11:51
Elshad Aliyev
Views: 68

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Nazirlikdən APA-ya bildirilib ki, həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib.  83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib. 

May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.


Create Account



Log In Your Account