Sep 12 2017 16:42
Naile Hesenova
Views: 19

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı avqustda azalıb.

AZƏRTAC təşkilata istinadla xəbər verir ki, OPEC-in xam neft istehsalı avqustda əvvəlki aya nisbətən gündəlik 79 min barrel azalaraq 32 milyon 760 min barrelə çatıb. OPEC-in istehsalını azaltması ilə dünya neft hasılatındakı payı 33,9 faiz təşkil edib.

Keçən ay OPEC üzrə xam neft istehsalı ən çox Nigeriyada artıb, Liviya, Qabon, Venesuela və İraqda isə azalıb. Nigeriyada gündəlik neft istehsalı avqustda əvvəlki aya nisbətən 138 min barrel artıb. Ötən ay Liviyada gündəlik neft hasilatı 112 min barrel, Qabonda 32 min barrel azalıb. İqtisadi və siyasi sahədə çətin bir dövrü yaşayan Venesuelada isə gündəlik neft istehsalı təxminən 32 min barrel azalaraq 1 milyon 918 min barrelə geriləyib.

OPEC-in 2018-ci ildə xam neftə olan tələbatı 200 min barrel artaraq 32 milyon 800 min barrelə çatacaq.

Dünya üzrə avqustda fəaliyyətdə olan neft quyularının sayı 2 min 197 olub. Bu quyulardan 558-i OPEC-ə üzv olan ölkələrdə fəaliyyət göstərir.

 


Create Account



Log In Your Account