Jun 16 2020 14:02
Elshad Aliyev
Views: 62

May ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı əvvəlki ayla müqayisədə 6 milyon 600 min barrel azalaraq sutkada 24 milyon 90 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon 20 min barrel təşkil edib. Bununla da, mayda OPEC-in sutkalıq istehsalı ümumilikdə 29 milyon 110 min barrel olub.

 


Create Account



Log In Your Account