Apr 15 2020 10:32
Elshad Aliyev
Views: 81

Ötən gün respublika yollarında xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.


Create Account



Log In Your Account