Mar 15 2021 11:48
Bakhtiyar Hasanov
Views: 129

Ötən həftə ərzində 282 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən 8-14 mart tarixlərində 84 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 96 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 128 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 60 şəxsin tibb xərclərinin ödənilməsi və 31 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.


Create Account



Log In Your Account