Feb 01 2017 14:10
Ulviyye Sabirqizi
Views: 1469

2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783  nəfər olub, bu da 2015-ci il ilə müqayisədə 11.7 faiz artım olduğunu göstərir.

Mədəniyyət və Turizm Nazirliyindən CBC-yə verilən məlumata görə, dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil etmiş və müvafiq olaraq 33 faiz, 22.5 faiz, 13,9 faiz və 10.9 faiz müəyyən edilib:

“Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Sevindirici haldır ki, Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında artım baş verib”.

 


Create Account



Log In Your Account