May 12 2020 09:26
Elshad Aliyev
Views: 64

Yaponiyada ötən sutka ərzində koronavirusa yoluxan cəmi 45 nəfər aşkar edilib və bununla da bu virusa yoluxanların ümumi sayı 16 min 604 nəfər təşkil edib. Yeni yoluxanlardan yalnız 15 nəfər Tokio sakinidir.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, bu günədək koronavirusa yoluxmuş 9 min 182 nəfər sağalıb, 670 nəfər isə həyatını itirib.

Ən çox koronavirusa yoluxma halı paytaxt Tokioda qeydə alınıb – 4 min 883 nəfər.

Əlavə olaraq bildirək ki, Yaponiyada yoluxma sayı azaldığına görə, hökumət bir sıra regionlarda fövqəladə vəziyyət rejimini vaxtından əvvəl aradan qaldırmağı planlaşdırır. Hazırda bütün ölkə ərazisində tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 31-də başa çatacaq.


Create Account



Log In Your Account