Jan 22 2021 18:09
Elshad Aliyev
Views: 62

Bu gün yayımlanmış bəzi xəbərlərdə Yaponiya Hökumətinin Tokio 2020 Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunmasının qərarlaşdırılması haqqında qeyri-rəsmi bəyanət etdikləri ilə bağlı məlumatlar paylaşılmışdır. Bu, tamamilə doğru deyildir.

CBC Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinə istinadən xəbər verir ki, ötən ilin iyul ayında Beynəlxalq Olimpiya Komitəsinin Sessiyası zamanı, bu il 23 iyul tarixində keçiriləcək açılış mərasimindən başlayaraq bütün oyunların cədvəli və məkanların siyahısı qərarlaşdırılmış və hal-hazırda əlaqədar şəxslər bu yay Oyunların uğurlu şəkildə baş tutması üçün birgə çalışıraraq hazırlıqlar görməkdədirlər.

Yaponiya Hökuməti olaraq, COVID-19 yeni koronavirusa qarşı bütün gərəkli tədbirləri həyata keçirərək, Beynəlxalq Olimpiya Komitəsi, Tokio 2020 Olimpiya Paralimpiya Oyunları Təşkilat Komitəsi, Tokio meriyası ilə birgə təhlükəsiz və uğurlu Oyunlar üçün hazırlıqlara davam edəcəyik.


Create Account



Log In Your Account