Mar 24 2020 17:17
Elshad Aliyev
Views: 93

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

BOK prezidenti Tomas Baxla Yaponiyanın baş naziri Sindzo Abe arasında baş tutan telefon danışığı zamanı məsələ müzakirə olunub. Telekonfransda digər rəsmi nümayəndələrin fikri də dinlənilib. Abe görüşdən sonra koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən Olimpiadanı 2021-ci ilə təxirə salmaqla bağlı razılığa gəldiklərini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən bu cür qərar qəbul olunub. Tokio-2020-nin adı dəyişdirilməyəcək və yarış gələn ilin yayında baş tutacaq.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.


Create Account



Log In Your Account