Mar 30 2020 16:27
Elshad Aliyev
Views: 138

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, tarix Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı vasitəsi ilə açıqlanıb.

Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarış həmin ilin iyul ayının 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.


Create Account



Log In Your Account