Jul 04 2020 12:12
Elshad Aliyev
Views: 300

İyulun 4-də Tokio hakimiyyət orqanlarının yaydığı məlumata görə, son sutka ərzində Yaponiya paytaxtında koronavirusa 131 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu, fövqəladə vəziyyət rejiminin ləğv edildiyi mayın 25-dən sonra qeydə alınan ən yüksək göstəricidir.

Həmçinin bildirilir ki, artıq 3 gündür Tokioda koronavirusa yeni yoluxanların sayı 100 nəfəri ötür. Bununla da Tokioda koronavirusa yoluxanların ümumi sayı 6654 nəfər təşkil edib.

Tokionun hakimiyyət orqanları insanları koronavirusun geniş yayıldığı gecə əyləncə mərkəzlərindən uzaq olmağa çağırır.


Create Account



Log In Your Account