Dec 09 2019 15:15
Elshad Aliyev
Views: 49

Dekabrın 9-da Tokionun şimalında yerləşən Asaka hərbi bazasında “Yamasakura” adlı Yaponiya-ABŞ birgə komanda-qərargah təlimləri başlayıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Avstraliya və Kanada hərbiçilərinin də müşahidəçi qismində qatıldıqları təlimlər dekabrın 16-da başa çatacaq.

ABŞ tərəfindən 1500, Yaponiya tərəfindən isə 5000-dək hərbiçinin qatıldığı təlimlərdə ehtimal edilən rəqib tərəfindən kompleks hücumun qarşısının alınmasına ilə bağlı kompüterlərdə məşqlər keçiriləcək. Buraya düşmənin desant qüvvələrinə, böyük şəhərlərdə kütləvi təxribat hərəkətlərinə, kiberhücum və elektron döyüşə qarşı tədbirlər daxildir. Təlimlərə Kyüşu və Okinava adalarında yerləşən hərbi hissələrin qoşulacağı da bildirilir.

Xatırladaq ki, “Yamasakura” Yaponiya-ABŞ birgə hərbi təlimləri 1982-ci ildən keçirilir.


Create Account



Log In Your Account