Jul 10 2020 11:53
Elshad Aliyev
Views: 68

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “Azərkosmos” ASC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, aparıcı elmi işçi Sahib Şükürov və “Azərkosmos" ASC-nin əməkdaşları Nail Mərdanov, Mehman Rzayev iştirak ediblər.

Onlayn görüş zamanı iki qurum arasında əməkdaşlıq imkanları, Azərbaycan ərazisində kosmik şəkillər əsasında səhralaşma prosesinin öyrənilməsi məsələləri müzakirə olunub.

 


Create Account



Log In Your Account