Feb 17 2020 12:02
Elshad Aliyev
Views: 62

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda tələbə və magistrantlar arasında elmi-praktik konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm günü”nə həsr olunan tədbirdə iştirak etmək istəyənlər A4 format kağızda, 12 ölçülü Times New Roman (adi) şriftdə tezis hazırlamalıdırlar. Tezisin adı birinci sətirdə böyük şriftlə (ortada), ikinci sətirdə müəllif və ya müəlliflərin soyadı və inisialı (ortada), üçüncü sətirdə dərəcələr, dördüncü sətirdə təşkilatın adı, şəhər, e-mail və ünvanı ortada yazılmalıdır. Tezislər və iştirakçı anketləri kağız variantda təşkilat komitəsinə, elektron versiyada isə elmikonfrans2020@gmail.com ünvanına göndərilməlidir.

Materiallar Azərbaycan, rus və ingilis dillərində martın 31-dək qəbul ediləcək. Tezislər göndərilən zaman 1 ədəd 3x4 fotoşəkil (skan) və əlaqə nömrəsi qeyd olunmalıdır.

Ünvan: AZ1073 Bakı, M.Rahim küçəsi 5. Tel. (+994 55) 882 89 82


Create Account



Log In Your Account