Dec 18 2019 10:15
Elshad Aliyev
Views: 122

ABŞ Prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməni dəstəkləməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib.

Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbul edilən qərar hüquqi deyil.

O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəki ilə eynidir.

Xatırladaq ki, ABŞ Prezidentinin 2019-cu il aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət" ifadəsinə yer verilib.


Create Account



Log In Your Account