Aug 26 2019 13:50
Ferah Sabirqizi
Views: 123

Prezident Donald Tramp Rusiyanı beynəlxalq qrupa qaytarmaq üçün G7 liderləri ilə mübahisə edib. Tramp Rusiyanın mütləq G7-yə qayıtmalı olduğunu tələb edib. Onun fikrincə, Putin Şimali Koreya, İran və Suriya münaqişələrinin həllində iştirakçı olmalıdır.

Onun bu təklifini postunu tərk etməkdə olan Cüzeppe Konte dəstəkləyib. Digər G7 liderləri isə buna qarşı çıxıblar.

“Əksər liderlər G7-ni liberal, demokratik ölkələrin birliyi sayır. Ona görə də bu dəyərləri bölüşməyən Putinin dönüşünə razı ola bilməzlər”.

G7 zirvəsi avqusutn 24-də Fransanın Biarriotse şəhərində başlayıb. 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra Rusiya bu birliyi tərk etmişdi.    


Create Account



Log In Your Account