Feb 19 2020 10:37
Elshad Aliyev
Views: 51

ABŞ prezidenti Donald Tramp Hindistanla böyük ticarət razılaşmasına nail olmağa ümid edir.

Trend-in verdiyi məlumata görə, bunu D.Tramp Kaliforniyaya uçuşundan öncə jurnalistlərə açıqlamasında deyib.

ABŞ lideri bildirib: "Bunun seçkidən əvvəl baş verib-verməyəcəyini bilmirəm, lakin bizim çox yaxşı razılaşmamız olacaq".

Qeyd edək ki, D.Tramp fevralın 24-ü Hindistana səfər edəcək. O, səfəri çərçivəsində paytaxt Nyu-Delhi və Əhmədabad şəhərlərinə gedəcək.


Create Account



Log In Your Account