Mar 25 2020 11:29
Elshad Aliyev
Views: 44

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Mun Çje-İn arasında telefon danışığı olub.

APA-nın "Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Donald Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyanın mümkün olduğu təqdirdə ABŞ-a tibbi avadanlıqlar göndərməsini xahiş edib. Lakin Cənubi Koreya Prezidentinin mətbuat xidməti Donald Trampın hansı tibbi avadanlıqların göndərilməsini istədiyini açıqlamayıb. Ağ Ev iki prezident arasında telefon danışığının baş tutduğunu təsdiqləsə də digər detallar barədə məlumat verməyib.


Create Account



Log In Your Account