Apr 07 2020 11:12
Elshad Aliyev
Views: 84

ABŞ Prezidenti Donald Tramp xarici tərəfdaşların xahiş etdiyi təqdirdə neft hasilatını azaltmağa razı olub-olmadığına qərar verəcəyini bildirib.

Bunu "APA-Economics" Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

"Mənə bu sualı versələr, onda qərar verərəm", - deyə Tramp qeyd edib.

Eyni zamanda ABŞ Prezidenti istehsalın azalmasının, prinsipcə, şirkətlər tərəfindən bazarda aşağı qiymətlərə cavab kimi avtomatik olaraq həyata keçirildiyini vurğulayıb: "Əgər bazar iqtisadiyyatına inanırsınızsa, deməli, bunun avtomatik olaraq edildiyini görürsünüz".

Trampın sözlərinə görə, o, neft hasilatı ilə bağlı suala bu həftənin IV günü axşam “OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin iclasından sonra cavab verə bilər.

Xatırladaq ki, video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək. Azərbaycanda da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.


Create Account



Log In Your Account