Dec 27 2018 13:27
Ferah Sabirqizi
Views: 175

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı ilə birlikdə gözlənilmədən İraqa səfər edib. O, burada amerikalı hərbçilərlə görüşüb.

Ağ evin mətbuat xidməti bildirib ki, prezident Tramp və birinci xanım Milad gecəsi ali hərbi rəhbərlik və hərbçilərlə görüşmək, xidmətlərinə, uğurlarına görə təşəkkür etmək, həmçinin onların Milad bayramını təbrik etmək məqsədilə İraqa gedib.

Tramp prezident postunda ilk dəfə hərbi əməliyyatlar zonasını ziyarət edib. O,  hərbçilər qarşısında çıxış edib. Bildirib ki, Amerika öz qoşunlarını İraqdan çıxarmaq fikrində deyil. İraqda qalmaq rəsmi Vaşinqton üçün həm İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısını almaq, həm də İranı nəzarətdə saxlamaq üçün vacibdir. Tramp Suriya ilə bağlı məsələyə də toxunub.

"Amerika dünyadakı bütün xalqlar üçün döyüşmək niyyətində deyil, bütün məsələlərə qarışmayacağıq. Suriyanın yenidən qurulması məsələnin siyasi yolla həlli və onun çox zəngin qonşularının köməyi ilə ediləcək. Onlara imkan vermək lazımdır bunu etsinlər. Səudiyyə Ərəbistanı artıq dayanıqlı inkişaf üçün dəstək verəcəyini bəyan edib və Türkiyə prezidenti Ərdoğan da İŞİD-in qalıqlarını məhv edəcəyini bildirib". 


Create Account



Log In Your Account