Jan 21 2017 10:31
Ulviyye Sabirqizi
Views: 1501

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.

CBC-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp vəzifəsinin icrasına başlaması ilə bağlı and içərək rəsmən ABŞ-ın 45-ci prezidenti olub.

Dərhal sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb. Bundan əvvəl ənənəyə uyğun olaraq eyni andı vitse-prezident Maykl Pens içib. 

ABŞ-ın yeni prezidenti Donald Tramp Hillari Klintona inauqurasiya mərasiminə gəldiyinə görə təşəkkür edib. Hillari Klinton mərasimə həyat yoldaşı ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə gedib.

"Mən çox məmnun oldum ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton bu mərasimə gəlmək qərarına gəliblər", - Tramp deyib.

 


Create Account



Log In Your Account