May 01 2020 15:36
Elshad Aliyev
Views: 142

ABŞ Prezidenti Donald Tramp bir aydan sonra ilk dəfə Ağ Evi tərk edəcək. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu gün D. Tramp Vaşinqtondan 40 km məsafədə yerləşən Merilenddəki ABŞ Prezidentlərinin istirahət iqamətgahı Kemp-Devidə gedəcək.

Qeyd edək ki, D. Tramp sonuncu dəfə Ağ Evi martın 28-də tərk edərək Virciniyaya gedib. O, Norfolk şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus tibbi gəminin Nyu-York şəhərinə yola salınması mərasimində iştirak edib.


Create Account



Log In Your Account