Nov 19 2018 15:52
Ferah Sabirqizi
Views: 215

“Türk axını” boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin inşası tamamlanıb.

Anadolu agentliyinin xəbərinə görə,  bu gün bununla bağlı İstanbulda keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək. Müxtəlif ölkələrdən də rəhbər şəxslərin iştirak edəcəyi mərasimdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu isə 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. 2019-cu ilin sonunda qazın Rusiyadan Türkiyəyə nəqli gözlənilir.

Qeyd edək ki, boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır. Həmin xəttin Yunanıstan və ya Bolqarıstandan keçməsi nəzərdə tutulur. Bununla bağlı hazırda danışıqlar aparılır.


Create Account



Log In Your Account