Jan 11 2017 11:43
Ulviyye Sabirqizi
Views: 3921

"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb.

CBC THY-yə istinadən məlumat verir ki, reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır.

Qeyd edək ki, İstanbulda güclü şaxtalı və qarlı hava artıq 6-cı gündür ki, davam edir. THY bu günlər ərzində 1500-dən artıq reysi təxirə salıb. Reyslərin təxirə salınması Türkiyə hava şirkətinə 100 milyon türk lirəsi həcmində ziyan vurub.

Reysləri təxirə salan şirkət 15 minə yaxın sərnişini otellərdə yerləşdirməyə məcbur olub.

 


Create Account



Log In Your Account