Feb 24 2017 14:31
Ulviyye Sabirqizi
Views: 1355

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri İlnur Çevik Türkiyənin Suriyada nəzarəti əlinə almaq niyyətinin olmadığını bəyan edib.

CBC Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çelik İŞİD-in darmadağın edilməsindən sonra türklərin regionu tərk edəcəklərini bildirib.

“Türkiyə Suriyanı nəzarətə almaq istəmir, sadəcə İŞİD-ə qalib gələrək onu məhv etməyi düşünür. Biz Suriyada qalmağı düşünmürük, İŞİD-i məğlub etdikdən sonra ölkəni tərk edəcəyik”.

O həmçinin, Rakka şəhərinin yaxın vaxtlarda azad olunacağına ümidini ifadə edib.

 


Create Account



Log In Your Account