Mar 06 2019 17:54
Ferah Sabirqizi
Views: 76

Bakıda Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakanın iştirakı ilə martın 13-də “Öldür Beni Sevgilim” filminin gala gecəsi keçiriləcək.  “CinemaPlus” premium kinoteatrın təqdimatı ilə baş tutacaq qala-gecə Elektra Events Hall-da keçirilcək. 

Filmin rejissoru Şenol Sönmezdir. Baş rolları Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu ifa edirlər.

“Öldür beni sevgilim” filmi,  bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.

Biletləri İticket-in satış mərkəzlərindən əldə etmək mümkündür. Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

 


Create Account



Log In Your Account