Mar 17 2021 15:19
Elshad Aliyev
Views: 141

Bu ayın sonunda Türk Şurası ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.  

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada qazaxıstanlı həmkarı Muxtar Tiluaberdi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Martın 31-də Qazaxıstanın Astana şəhərində Türk Şurası ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Bu ilin sonunda isə Türkiyədə Türk Şurasının rəsmi zirvə görüşükeçiriləcək.

Bu zirvə görüşündə təşkilatın 2040-cı ilədək olan baxış sənədi təqdim olunacaq", - deyə Türkiyə XİN başçısı bildirib.

 


Create Account



Log In Your Account