Jun 22 2020 15:20
Elshad Aliyev
Views: 89

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Turizm Nazirlərinin V konfransı keçiriləcək.

Türk Şurasından AZƏRTAC-a verilən məlumata görə, videoformatla təşkil olunacaq konfransa quruma üzv ölkələrlə yanaşı Macarıstanın turizm naziri də qatılacaq.

Türk Şurasının Baş katibliyi tərəfindən iyunun 23-də təşkil olunacaq konfransda nazirlər yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iflic vəziyyətinə düşən turizm sektorunda canlanma yaratmaq üçün vəziyyətdən çıxış yolunu müzakirə edəcəklər.

Konfrans çərçivəsində Türk Şurasının “Modern İpək Yolu Turu” layihəsinə aid təqdimat olacaq.


Create Account



Log In Your Account