Feb 28 2020 12:42
Elshad Aliyev
Views: 41

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev Türkiyəyə başsağlığı verib.

APA-nın xəbərinə görə bu barədə Türk Şurasının saytında məlumat verilib.

“Dünən gecə İdlibdə xain hücum nəticəsində türk hərbçilərinin şəhid olması xəbərini böyük bir kədərlə öyrəndik. Şəhid olan əsgərlərə Allahdan rəhmət diləyir, ailələrinə, eləcə də türk millətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Türk Şurası olaraq türk qardaşlarımızın yanındayıq və ən qısa zamanda bölgədə sülh və sabitliyin təmin olunacağına ümid edirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.


Create Account



Log In Your Account