Dec 19 2019 11:47
Elshad Aliyev
Views: 140

Dekabrın 19-də Bakıda Türkdilli dövlətlərin 4-cü Beynəlxalq Nevrologiya Konqresinin açılışı olub.
APA-nın məlumatına görə, konqres Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində təşkil edilib.

Tədbirdə Azərbaycan nevroloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Rusiya, Avstriya, Danimarka, Finlandiya, Gürcüstan, Almaniya, İsrail, Böyük Britaniya və başqa ölkələrdən gələn mütəxəssislər iştirak ediblər.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyeva çıxış edərək Türkdilli dövlətlərin 4-cü Beynəlxalq Nevrologiya Konqresinin əhəmiyyətindən bəhs edib. O bu cür konqreslərin təcrübə və elmi nəticələrin mübadiləsi baxımından önəmli olduğunu vurğulayıb: "Azərbaycan çox iri addımlarla inkişaf edir. Bizdə diaqnostika, müalicə, reabilitasiya sahəsi xarici ölkələrdən demək olar ki, fərqlənmir. Bizim nevroloqlar inkişaf etmiş ölkələrin nevroloqları ilə sərbəst dialoqa girə bilirlər".
Sonra "Dağınıqskleroz xəstəliyinin differensial diaqnostikası", "Dağınıq sklerozun immunopatologiyası" və başqa mövzularda mütəxəssislərin çıxışları dinlənilib.
Qeyd edək ki, dekabrın 18-dən 20-dək Bakıda Azərbaycan Nevrologiya Həftəsi keçirilir.


Create Account



Log In Your Account