Aug 14 2020 12:09
Elshad Aliyev
Views: 76

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulması ilə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, XİN-in bəyanatında bildirilib ki, Türkiyə bununla bağlı Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır.

“BƏƏ-nin həqiqəti əks etdirməyən və ABŞ planını reallaşdırmaq istədiyi bu davranış Fələstin xalqının iradəsinin əleyhinədir. BƏƏ-nin İsraillə anlaşaraq Fələstin əleyhinə qərar verməsini qınayırıq. Bu xəyanəti tarix unutmayacaq və bölgə xalqları bağışlamayacaq”, - deyə bəyanatda qeyd olunub. 


Create Account



Log In Your Account