May 13 2020 18:10
Elshad Aliyev
Views: 167

Türkiyədə başına 1 milyon türk lirəsi qoyulan terrorçu tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Diyarbəkir vilayətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir terrorçu ölü, digəri isə sağ olaraq ələ keçirilib.

Sağ tutulan terrorçunun axtarışda olan və başına 1 milyon türk lirəsi mükafat qoyulan Heba Rodi kod adlı T.K. olduğu açıqlanıb.


Create Account



Log In Your Account