Jan 27 2021 13:35
Elshad Aliyev
Views: 60

Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.

“Report” xəbər verir ki, məlumatı “Daily Sabah” qəzeti yayıb.

“Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit Sabancı və Cüneyt Ozakın tərəfindən hazırlanıb.

Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar: “Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü üzərində işləməyə başladıq. Araşdırmalarımız sübut etdi ki, bu aerozol ağız və burun boşluqları toxumalarındakı virusu məhv edə bilər. Bu COVID-19-un yayılmasının qarşısını alır, sayını azaldır”.


Create Account



Log In Your Account