May 21 2020 12:23
Elshad Aliyev
Views: 65

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa şəhərində torpaqlarımızın iyirmi faizini işğal edən Ermənistanın təşkil etdiyi qondarma “andiçmə” şousu indiyə qədər bölgədə məlum münaqişəsinin həlli üçün cəhdlər edən beynəlxalq təşkilatların fəaliyyətinə qarşı çıxmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun bəyanatında əksini tapıb. Fondun sədri professor Aygün Əttarın imzası ilə yayılan mətində diqqətə çatdırılır ki, BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA kimi mötəbər beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünü tanışım, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qərar və qətnamələr əsasında təsdiq etmişlər.

Diqqətə çatdırılır ki, təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində saxta “seçkilər” keçirməklə bölgədə gərginlik yaratmağı hədəfləyib. Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz mövcudluğuna və fəaliyyətinə görə, təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı və buna son qoyulmalıdır.


Create Account



Log In Your Account