May 31 2021 14:58
Elshad Aliyev
Views: 95

Türkiyə ilə Azərbaycan arasında investisiya forumu keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla iki ölkə arasındakı ticarət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub.

O həmçinin Xarici İqtisadi Əlaqələr Şurası başda olmaqla, bu təşkilatda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Türkiyə Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında birinci yerdədir.


Create Account



Log In Your Account