Dec 23 2019 11:47
Elshad Aliyev
Views: 104

Tbilisidə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Gürcüstan-Türkiyə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Eyni zamanda, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin 8-ci görüşünə dair məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mövlud Çavuşoglu Gürcüstana nazirlərin üçtərəfli görüşündə iştirak etmək üçün gəlib.


Create Account



Log In Your Account