May 12 2020 16:16
Elshad Aliyev
Views: 48

Suriya ərazisində PKK/YPG terror təşkilatının üç üzvü zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində reallaşdırdığı “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgəyə keçmək istəyərkən məhv ediliblər.

Digər bir məlumatda isə qeyd olunub ki, Şırnak Beytüşşebap rayonunun Faraşin yaylağında PKK terrorçularının torpaqda basdırdıqları silah-sursat aşkarlanıb. Cəbbəxanadan “Kalaşnikov” markalı 6 avtomat, 2 pulemyot və 724 patron ələ keçirilib. Batmanda isə PKK-ya məxsus ələ keçirilən sığınacaq və cəbbəxanadan çoxlu sayda silah-sursat, ərzaq və geyim əşyaları götürülüb.


Create Account



Log In Your Account