Mar 12 2020 14:38
Elshad Aliyev
Views: 32

Türkiyə hərbçilərinə hücum etmək hazırlığında olan PKK/YPG terror təşkilatının 8 üzvü həyata keçirilən qabaqlayıcı əməliyyat nəticəsində məhv edilib.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, terrorçular Suriya ərazisində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatının əhatə etdiyi bölgədə zərərsizləşdiriliblər.

Ölkə daxilində həyata keçirilən “Kapan-7 Garisa” antiterror əməliyyatı çərçivəsində Siirt bölgəsində PKK terror təşkilatına məxsus bir neçə mağara və düşərgə ələ keçirilib. Terrorçuların torpaq altında və qayalıqlarda gizlətdikləri silah və sursat, digər ləvazimatlar məhv edilib.


Create Account



Log In Your Account