May 08 2020 15:31
Elshad Aliyev
Views: 63

Türkiyə koronavirusla mübarizə üçün Ukraynaya tibbi yardım edib. Türkiyənin Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə bu gün Türkiyəyə məxsus yük təyyarəsi Ukraynanın Borispol Beynəlxalq Hava Limanına enib.

Qarşılanma mərasimində Ukraynanın Xarici İşlər naziri Vasili Bodnar da iştirak edib. Türkiyə Ukraynaya 150000 maska, 500 geyim dəsti və digər qoruyucu vasitələr yardım edib.

Bildirilib ki, Türkiyə bundan sonra da strateji və dost Ukrayna xalqına yardımlarını davam etdirəcək.


Create Account



Log In Your Account