Mar 17 2020 10:26
Elshad Aliyev
Views: 63

Türkiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün İstanbulda məhkəmə qarşısında çıxarılan M. Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

Onunla birgə saxlanılan iş icraçısı Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.

Qeyd edək ki, M. Mənsinmov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.


Create Account



Log In Your Account