Apr 25 2020 14:56
Elshad Aliyev
Views: 235

““Barış Bulağı" bölgəsində terror təşkilatı PKK/YPG-nin təhlükəsizliyi pozma cəhdlərinin qarşısını aldıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsindən yayılan açıqlamada belə bildirlib.

Açıqlamada qeyd olunub ki,  20 terrorçu uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib. 

Qurumun "Twitter" səhifəsindəki digər bir məlumatda isə bildirilib ki, İraqın şimalında Türkiyənin hərbi bazası olan bölgəyə edilən hücum nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, 3-ü yaralanıb. Bölgədə 12 PKK terrorçusu məhv edilib. 


Create Account



Log In Your Account