Mar 03 2020 16:33
Elshad Aliyev
Views: 73

Türkiyə Böyük Millət Məclisində (TBMM) İdliblə bağlı qapalı iclas keçirilir.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Hulusi Akar və Xarici İşlər naziri Mövlud Çavuşoğlu parlamenti məlumatlandıracaqlar.

İclasın protokolları 10 il müddətində gizli qalacaq.

Qeyd edək ki, Türkiyə parlamentində sonuncu dəfə qapalı iclas 5 il əvvəl keçirilib.


Create Account



Log In Your Account