Mar 24 2021 17:00
Elshad Aliyev
Views: 163

Azərbaycan Qarabağ böhranını danışıqlar yolu ilə həll etmək üçün böyük səylər göstərdi. Ermənistan isə dialoq imkanlarını pozan tərəf oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayındakı çıxışında ifadə edib.

Ermənistan ordusunun təxribatlarından danışan və torpaqlarımıza qarşı yeni hücumlar etməsini xatırladan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistan yeni hücumlara başlayanda bütün imkanlaımızla azərbaycanlı qardaşlarımızın yanında olduq. Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu mənfur işğala son qoyuldu.”

Hazırda bölgədəki vəziyyət barədə də fikir və mülahizələrini bölüşən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşma çərçivəsinə başa çatması üçün prosesləri yaxından izləməkdə davam edəcəyik.


Create Account



Log In Your Account