Feb 09 2019 16:16
Ferah Sabirqizi
Views: 131

Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artmaqda davaam edir. Türkiyənin səhiyyə naziri Fahrettin Koca Prezidentə dağıntılar altından indiyədək 17 nəfərin cəsədinin çıxarıldığını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İstanbulda binanın çökdüyü ərazidə axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olmaq üçün Kartal rayonuna gəlib.

Türkiyə Prezidenti daha sonra yaralıların müalicə olunduğu xəstəxanaya gedib. Prezident dağıntlar altından sağ çıxmış insanların səhhəti ilə maraqlanıb. Yaralıların vəziyyəti bardədə həkimlərdən məlumat alıb. O, hadisənin təbii fəlakət olmadığını, qəzanın binaların keyfiyyətsiz inşası nəticəsində meydana çıxdığını bildirib.

Bu gün faciə nəticəsində həlak olanların dəfn mərasimi keçirilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  başda olmaqla dövlət və hökumət nümayəndələri də iştirak edib.  

 


Create Account



Log In Your Account